+994705275585
“Bilici” İntellektual Oyunu  üzrə Astara rayon birinciliyi

“Bilici” İntellektual Oyunu üzrə Astara rayon birinciliyi

Tədbirin aparıcısı “İntellektli və Sağlam Gənclər“ İctimai Birliyi və “Astara” İntellektual İnkişaf Klubunun sədri Cavid Cəfərli oyunun qaydaları haqqında iştirakçıları məlumatlandırmış və bilik yarışına start verilmişdir. Yarışda “Elit” (Astara şəhər 1 saylı tam orta məktəb), “Nirvana” (Astara Pedaqoji Kolleci), “Ziya” (Astara şəhər 2 saylı tam orta məktəb), “Zəfər yolu” (Astara şəhər 5 saylı tam orta məktəb), “Zəfər” (Astara şəhər 6 saylı tam orta məktəb), “Zeon” (Pensər kənd 1 saylı tam orta məktəb) və “Zülfüqar” (Pensər kənd 2 saylı tam orta məktəb) olmaqla ümumilikdə 7 komanda mübarizə aparmışdır. İnellektual bilik yarışı 3 mərhələdən ibarət-seçim, yarımfinal və final mərhələlərindən ibarət keçirilmişdir.Seçim mərhələsindən sonra “Zülfüqar”, ”Elit”, “Zəfər” və “Zeon“ komandaları yarımfinala yüksəlmişlər. Final mərhələsində I yeri “Zülfüqar” (Pensər kənd 2 saylı tam orta məktəb), II yeri “Elit” (Astara şəhər 1 saylı tam orta məktəb) komandası qazanmışlar. III yerə “Zəfər” (Astara şəhər 6 saylı tam orta məktəb) komandası layiq görülmüşdür. Fəxri yerləri qazanan komandalara Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələri təqdim edilmişdir.

Paylaş

Fikirlər