+994705275585
“Biz birlikdə güclüyük”   gənclərin yay düşərgəsi

“Biz birlikdə güclüyük” gənclərin yay düşərgəsi

11 avqust 2022-ci il tarixlərdə Astara rayonu, Züngüləş kəndi, “İstisu” təbii istirahət zonasında Astara Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və təsdiq etdiyi proqrama, , Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin , "İntellektli və Sağlam Gənclər” İctimai Birliyinin tərəfdaşlığı ilə 14-29 yaşlı gənclərlə arasında 12 avqust Beynəlxalq gənclər gününə həsr olunmuş “ Biz birlikdə güclüyük” devizi ilə günərzi və stasionar yay düşərgəsi təşkil olunmuşdur. Düşərgədə Astara rayonunda yaşayan ictimai fəal və könüllü, çağırış yaşlı və ordudan tərxis olunmuş 14-29 yaşlı gənclər iştirak etmişlər. Düşərgənin açılış mərasimində Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin direktoru Asim Yusifov, ”İntellektli və Sağlam Gənclər” İctimai Birliyinin sədri Cavid Cəfərli çıxış etmişlər. Düşərgənin proqramına uyğun olaraq gün ərzində gənclər pnevmatik silahdan hədəfin vurulması, normativlə uyğun çadırın sökülüb yığılması, topla qaçış və topun hədəfə atılması, qırmaqla balıq tutma, bilik viktorinası, və s. mərhələləri üzrə yarışmış və əyləncəli musiqi proqramı dinləmiş, təbii istirahət ərzisində çay və meşəlik ərazilərə baxış və gəzintidə olmuşlar. Düşərgədə tanışlıqlar və təqdimatlar həyata keçirilib. Gənclər “Ziyalılar”, ”Gənclər” və “Mübarizlər” komandaları olmaqla mübarizə aparmışlar. Düşərgədə tədbirlərin bilavasitə təşkili və gedişində, Astara RGİİ-nin rəisi vəzifəsini icra edən Rufan Şirinov, idarənin baş məsləhətçisi Bəhlul Rufullazadə, Vətən müharibəsi qazisi İlham Əkbərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin direktoru Asim Yusifov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin əməkdaşı Emil Məmmədzadə, “İntellektli və Sağlam Gənclər” İctimai Birliyinin sədri ,“Astara” İntellektual İnkişaf Klubunun sədri Cavid Cəfərli fəal iştirak etmişlər.

Paylaş

Fikirlər