+994705275585
Bakı şəhərinin işğaldan azad olunmasının  103-cü       ildönümünə həsr olunmuş Breyn-rinq İntellektual Oyunu

Bakı şəhərinin işğaldan azad olunmasının 103-cü ildönümünə həsr olunmuş Breyn-rinq İntellektual Oyunu

10 sentyabr 2021-ci il tarixində Astara Gənclər Evində Astara rayon Gənclər və İdman İdarəsi, Astara İntellektual İnkişaf Klubu, İntellektli və Sağlam Gənclər İctimai Birliyinin birgə təşkilatçılğı ilə Bakı şəhərinin işğaldan azad olunmasının 103-cü ildönümünə həsr olunmuş Breyn-rinq İntellektual Oyunu üzrə 14-29 yaşlı gənclər arasında Astara rayon birinciliyi keçirilmişdir. İntellektual Oyunun açılış mərasimində çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov tədbir iştirakçılarını salamlamış və bilik yarışlarında fəal iştiraklarına görə gənclərə təşəkkürünü bildirmişdir.İ.Cəfərov Astara RİH başçısının 06.09.2021-ci il 32 saylı əmri barədə məlumat vermişdir.Qeyd etmişdur ki, Astara RGİİ-nin rəisi Ərçə Əliyev 27 il idarəyə şərəf və ləyaqətlə rəhbərlikdən sonra təqaüd yaşı çatması ilə əlaqadar pensiyaya çıxmışdır. Astara RGİİ-nin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq Astara rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Şirinov Rufan Xanverdi oğluna həvalə olunmuşdur. Yekunda bildirmişdir ki,ölkədə aparılan gənclər siyasəti və gənc kadrların yüksək vəzifələrə irəli çəkilməsi siyasətinə uyğun təyinatına ,eləcə də Astara RGİİ-nin məsul işçilərindən olan gənc kadra etimad göstərməsinə görə rayon gəncləri adından Astara RİH başçısı Qəzənfər Ağayevə təşəkkürümüzü bildiririk. Sonra çıxış edən Astara RGİİ-nin rəisi vəzifəsini icra edən Rufan Şirinov RİH başçısının etimadı və gənclərin dəstəyinə görə təşəkkürünü bildirmiş, 1918-ci ildə Bakı şəhərinin Nuri paşanın rəhbərliyi ilə Türk-Azərbaycan qoşunları tərəfindən daşnak və bolşeviklərin işğalından azad olunmasının tarixi əhəmiyyətini qeyd etmş və bilik yarışının məqsədinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərancamı ilə təsdiq edilmiş Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının 5.1.4 və 5.4.7-ci bəndlərinin icrasını təmin etmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarının səmərəli təşkili, Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında biliklərini nümayiş etdirmələrinə şərait yaratmaq olduğunu bildirmişlər. Daha sonra yarışın aparıcısı Astara İntellektual İnkişaf Klubunun sədri Cavid Cəfərli oyunun qaydaları haqqında iştirakçıları məlumatlandırmış və yarışa start verilmişdir. Maraqlı mübarizədən sonra I yerə Narsis ( Astara könüllüləri), II yerə Azərlight( Astara şəhər 1 saylı tam orta məktəb) komandaları layiq görülmüşlər. Astara RGİİ-nin rəisi vəzifəsini icra edən Rufan Şirinov tərəfindən fəxri yerləri qazanan komanda üzvlərinə və fərqlənən gənclərə,.eləcə də Vətən müharibəsi qazisi, Narsis komandasının kapitanı, Sım kənd tam orta məktəbinin tarix müəllimi Əkbərov Heydər Niyazi oğluna 2020-2021-ci illərdə bilik yarışlarında yüksək nəticələrinə görə Astara RGİİ-nin diplomları və hədiyyəsi təqdim edilmişdir. Yekunda qalib komandalarla birgə xatirə şəkilləri çəkilmişdir.

Paylaş

Fikirlər