+994705275585
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Bilici” İntellektual Oyunu  üzrə Astara rayon birinciliyi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Bilici” İntellektual Oyunu üzrə Astara rayon birinciliyi

27 aprel 2023-ci il tarixində Astara Gənclər Evində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş YAP Astara rayon təşkilatı, Lənkaran-Astara Regional Təhsil İdarəsi, Astara rayon Gənclər və İdman İdarəsinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq Astara RGİİ, “İntellektli və Sağlam Gənclər“ İctimai Birliyi, Astara Gənclər Evi, Astara” İntellektual İnkişaf Klubunun birgə təşkilatçılğı ilə “Bilici” İntellektual oyunu üzrə 14-29 yaşlı gənclər, məktəblilər, tələbələr, gənc müəllimlər arasında Astara rayon birinciliyi keçirilmişdir. Tədbirin aparıcısı “İntellektli və Sağlam Gənclər“ İctimai Birliyi və “Astara” İntellektual İnkişaf Klubunun sədri Cavid Cəfərli oyunun qaydaları haqqında iştirakçıları məlumatlandırmış və bilik yarışına start verilmişdir. Yarışda “Elit” (Astara şəhər 1 saylı tam orta məktəb), “Xəmsə” (Astara Pedaqoji Kolleci), “Ziya” (Astara şəhər 2 saylı tam orta məktəb), “Zirvə” ( Astara şəhər 3 saylı tam orta məktəb), “Ümüd” (Astara şəhər 4 saylı tam orta məktəb), “Leqend” (Astara şəhər 5 saylı tam orta məktəb), “Zəfər” (Suparıbağ kənd tam orta məktəb), “Ulduz” (Artupa kənd tam orta məktəb), “Səncərədi” (Səncərədi kənd tam orta məktəb), “Uğur” (Maşxan kənd tam orta məktəb), “Xarı bülbül” (Könüllü gənclər) olmaqla ümumilikdə 11 komanda mübarizə aparmışdır. İnellektual bilik yarışı 3 mərhələdən ibarət-seçim, yarımfinal və final mərhələlərindən ibarət keçirilmişdir.Seçim mərhələsindən sonra “Ziya”, ”Elit”, “Zirvə” və “Leqend“ komandaları yarımfinala yüksəlmişlər. Final mərhələsində I yeri “Zirvə” ( Astara şəhər 3 saylı tam orta məktəb), II yeri “Leqend” (Astara şəhər 5 saylı tam orta məktəb), III yerə “Ziya” (Astara şəhər 2 saylı tam orta məktəb), həvəsləndirici III yerə “Elit” (Astara şəhər 1 saylı tam orta məktəb), komandası layiq görülmüşdür. Qalib “Zirvə” ( Astara şəhər 3 saylı tam orta məktəb komandası bilik yarışının kuboku və diplomu , fəxri yerləri qazanan digər komandalara Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələri təqdim edilmişdir.

Paylaş

Fikirlər