Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Breyn-rinq” İntellektual Oyunu 21 oktyabr 2021-ci il tarixində Astara Gənclər Evində Astara rayon Gənclər və İdman İdarəsi, Astara Rayon Təhsil Şöbəsi ilə birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq “Astara” İntellektual İnkişaf Klubu və ”İntellektli və Sağlam Gənclər” İctimai Birliyinin birgə təşkilatçılğı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Breyn-rinq” İntellektual Oyunu üzrə 14-29 yaşlı gənclər arasında Astara rayon birinciliyi keçirilmişdir. Tədbiri Astara rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rufan Şirinov açıq elan etmişdir. O, tədbir iştirakçılarını salamlamış, bilik yarışında fəal iştiraklarına görə gənclərə təşəkkürünü bildirmiş və Vətən müharibəsində qəhrəmanlıqlar göstərən həmvətənlərimizin xatirəsinin daima əziz tutulmasının vacibliyini qeyd etmişdir. Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Vətən müharibəsi veteranı, Astara RGİİ-nin könüllülərlə iş üzrə koordinatoru Abbas İbrahimli və Vətən müharibəsi qazisi, Sım kənd tam orta məktəbin tarix müəllimi Heydər Əkbərov çıxış etmişlər. Çıxış edənlər Vətən müharibəsinin, Azərbaycan ərazilərinin işğaldan azad olunmasının və qazanılmış qələbə ilə xalqın ruhunun dirçəlməsinin tarixi əhəmiyyətini qeyd etmş, bilik yarışının məqsədinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərancamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.3, 5.1.4 və 5.4.7-ci bəndlərinin icrasını təmin etmək, Vətən müharibəsi qəhrəmanlarının xatirəsini uca tutmaq, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarının səmərəli təşkili, Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında biliklərini nümayiş etdirmələrinə şərait yaratmaq olduğunu bildirmişlər. Daha sonra yarışın aparıcıları “Astara” İntellektual İnkişaf Klubunun, eləcə də ”İntellektli və Sağlam Gənclər” İctimai Birliyinin sədri Cavid Cəfərli və Avbbas İbrahimli oyunun qaydaları haqqında iştirakçıları məlumatlandırmış və yarışa start verilmişdir.İntellektual yarışda “Azərlight” (Astara şəhər 1 saylı tam orta məktəb), “Ziya”(Astara şəhər 2 saylı tam orta məktəb), ”Everest”(Astara şəhər 3 saylı tam orta məktəb), “Dəmir yumruq”( Astara şəhər 5 saylı tam orta məktəb), ”Zəfər”(Astara şəhər 6 saylı tam orta məktəb), “Narsis” ( Astara könüllüləri), “Xəmsə” ( Astara Pedoqoji Kolleci) komandaları mübarizə aparmışlar. Maraqlı mübarizədən sonra I yerə “Narsis” ( Astara könüllüləri), II yerə “Xəmsə”( Astara Pedoqoji Kolleci) komandaları layiq görülmüşlər. Astara RGİİ-nin rəisi vəzifəsini icra edən Rufan Şirinov tərəfindən fəxri yerləri qazanan “Narsis” və “Xəmsə” komandalarının üzvlərinə, eləcə də Vətən müharibəsi qazisi, ”Narsis” komandasının kapitanı, Sım kənd tam orta məktəbinin tarix müəllimi Əkbərov Heydər Niyazi oğluna və Vətən müharibəsi şəhidi Nail Orucovun övladı, “Ziya” komandasının(Astara şəhər 2 saylı tam orta məktəb) üzvü Ruslan Orucova Astara RGİİ-nin diplomları və hədiyyəsi təqdim edilmişdir. Yekunda qalib komandalarla birgə xatirə şəkilləri çəkilmişdir.