17 iyul 2022-ci il tarixdə Astara Dənizkənarı Park Bulvar Kompleksində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə hər həftə sonu keçirilən “ İdman hamı üçün” layihəsinə dəstək və eləcə də rayonda yeniyetmə və gənclər arasında sağlam həyat tərzini kütləviləşdirmək məqsədilə Astara Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, “İntellektli və Sağlam Gənclər” İctimai Birliyi, Astara Boks Mərkəzi, “Seiken” Kyokuşin Karate Klubu, “Astara Aslan” Əlbəyaxa Döyüş Klubunun dəstəyi ilə “Street workout” (Açıq hava idmanı)-çoxnövçülük üzrə idman yarışları, karate və idman etüdləri təşkil olunmuşdur. Yeniyetmə və gənclər turnik, paralel qollarda hərəkət, yerindən təkanla tullanmaq , uzanaraq dayaqda qolların açılıb bükülməsi, press üzrə güçlərini sınamış, karate və boks üzrə qızışdırıcı idman hərəkətləri, idman etüdləri yerinə yerinə yetirmişlər. Yarışların və idman etüdlərinin təşkilində məşqçi-müəllimlərdən Azər Ağazadə, Əfsun Ağayev və “İntellektli və Sağlam Gənclər” İctimai Birliyinin sədri Cavid Cəfərli fəal iştirak etmişlər. Yekunda Astara RGİİ-nin rəisi vəzifəsini icra edən Rufan Şirinov tərəfindən fərqlənən yeniyetmə və gənclərə Astara RGİİ sertifikatları təqdim olunmuşdur.