+994705275585
Beynəlxalq Könüllülər Gününə həsr olunmuş “Nə? Harada? Nə vaxt?” mövzusunda Astara Gənclər Evində könüllü gənclər arasında İntellektual bilik yarışı

Beynəlxalq Könüllülər Gününə həsr olunmuş “Nə? Harada? Nə vaxt?” mövzusunda Astara Gənclər Evində könüllü gənclər arasında İntellektual bilik yarışı

Beynəlxalq Könüllülər gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə gənclər arasında Astara rayon turniri 09 dekabr 2021-ci il tarixində Astara Gənclər Evində Beynəlxalq Könüllülər gününə həsr olunmuş Astara rayon Gənclər və İdman İdarəsi və “İntellektli və Sağlam Gənclər” İctimai Birliyinin birgə təşkilatçılğı ilə “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə 14-29 yaşlı gənclər arasında Astara rayon turniri keçirilmişdir. Yarışın aparıcısı Astara Pedoqoji Kollecinin III kurs tələbəsi Zəhra Babayeva oyunun qaydaları haqqında iştirakçıları məlumatlandırmış və yarışa start verilmişdir. Yarışda “Aristokratlar” , “Güvən” , “Lider” və “Ulduz” komandaları olmaqla ümumilikdə 4 komanda mübarizə aparmışdır. Maraqlı mübarizədən sonra I yerə “Aristokratlar”(Astara rayon Gənclər və İdman İdarəsinin könüllüləri), II yerə isə “Güvən” (Astara Pedoqoji Kollecinin tələbələri) komandaları layiq görülmüşlər. Fəxri yerləri qazanan komandalara diplomlar və hədiyyələr təqdim edilmişdir. Yekunda qalib komandalarla birgə xatirə şəkilləri çəkilmişdir.

Paylaş

Fikirlər